...

Unibank texniki avadanlıq və proqram təminatı ilə bağlı tender elan edib

Maliyyə Materials 4 Fevral 2022 12:16 (UTC +04:00)
Unibank texniki avadanlıq və proqram təminatı ilə bağlı tender elan edib

Bakı. Trend:

“Unibank” KB ASC texniki avadanlıq və proqram təminatının alınması üzrə tender elan edib. Tenderin nəticəsi olaraq Qualys patch management proqramı (500 licenziya üçün) və M365 paketinin alınması həyata keçiriləcək. Tenderin şərtləri ilə daha ətraflı bu linkdən (https://unibank.az/az/news/retail/764/unibank_kb_asc_texniki_avadanliq_ve_proqram_teminati_alinmasi_uzre_tender_elan_edir) tanış ola bilərsiniz.

Tenderdə iştirak etmək istəyən şirkətlər şəhadətnamə, çıxarış və müqaviləni imzalayacaq şəxsin səlahiyyətini təsdiq edən sənədi “Unibank”ın Baş ofisinə - Rəşid Behbudov 55 ünvanına tender komissiyanın sədri Faiq Hüseynovun adına təqdim etməlidirlər.

Sənədləri təqdim etmək üçün son tarix 16.02.2022-ci il, saat 12.00-dəkdir. Tender 2022-ci ilin fevralında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti