...

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı keçiriləcək

Maliyyə Materials 20 İyun 2022 10:59 (UTC +04:00)

Bakı. Trend:

23-24 iyun 2022-ci il tarixlərində Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısı keçiriləcək.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək.

İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək.

Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti