...

Energetika nazirinin müavini COP29-un əsas məsələlərindən danışıb

Yaşıl iqtisadiyyat Materials 6 İyun 2024 18:13 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan COP29-a sədrlik çərçivəsində dünyanın iqlim gündəliyinin bütün prioritet məsələlərinin müzakirə olunmasını təmin edəcək.

Trend xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov 29-cu Bakı Enerji Forumunda deyib.

"Dubayda keçirilən COP28 BMT-yə üzv ölkələrə qazıntı yanacaqlarından uzaqlaşmaq, istixana qazı emissiyalarını azaltmaq və hidrogen sahəsinin inkişafı üçün alətlər təqdim edib. Bakıda keçiriləcək COP29 konfransında enerji keçidinin necə həyata keçiriləcəyi, necə maliyyələşdiriləcəyi, özəl sektorun investisiyalarının necə cəlb ediləcəyi (stimullaşdırıcı sxemlər), istixana qazlarınını sıfır emissiyalarına necə nail olunacağı müzakirə ediləcək", - o deyib.

O, COP prosesinin fasiləsiz xarakter daşıdığını vurğulayıb.

"2023-cü ilin dekabrında Dubayda əldə edilmiş razılaşmaların icrasını davam etdirmək vacibdir. Ümumiyyətlə, bütün ölkələr eyni iqlim problemi ilə üzləşirlər, bu isə onlara qarşı vahid cavab və adaptasiya tədbirlərinin mümkün olması deməkdir", - nazir müavini deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti