...

Özəl sektor iqlim dəyişmələri ilə bağlı tədbirlərə cəlb edilməlidir - Yalçın Rəfiyev

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 15:40 (UTC +04:00)
Özəl sektor iqlim dəyişmələri ilə bağlı tədbirlərə cəlb edilməlidir - Yalçın Rəfiyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Özəl sektor iqlim dəyişmələri ilə bağlı tədbirlərə cəlb edilməlidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “İqlim dəyişikliyinə maliyyələşdirmə cavabımız” adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, təkcə dövlət vəsaitlərinə güvənməməliyik.

“Biz mütləq özəl sektoru bu işlərə cəlb etməliyik. Bəzi ölkələrdə iki istiqamətə və potensial investorlara, həmçinin, korporativ sosial məsuliyyətə ehtiyac duyulur.

Kiçik inkişaf etməkdə olan dövlətlər tərəfindən qaldırılan təkliflər var idi. Ola bilsin ki, Dünya Bankı təbii fəlakətə dərhal cavab vermək üçün regional banklara müəyyən maliyyə vəsaiti ayırsın”, - deyə Y.Rəfiyev bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Xəbər lenti

Xəbər lenti