...

Təbii sistemlərinin nəzarətdən çıxma riski var - Britaniyalı professor

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2024 15:46 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Təbii sistemlərinin nəzarətdən çıxma riski var.

Trend xəbər verir ki, bu barədə Ekseter Universitetinin Biznes və innovasiyalar üzrə prorektor müavini Stüart Broklharst (Stuart Brocklehurst) Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Konfransda bildirib.

S.Broklharst vurğulayıb ki, baxmayaraq ki, tarix boyu iqlim dəyişiklikləri olub, son onilliklər ərzində qlobal orta temperaturun görünməmiş dərəcədə artımı müşahidə olunur.

"Yer üzərində milyon illər ərzində tarazlıqda olan təbii karbon dövrü mövcuddur. Ancaq insan fəaliyyəti nəticəsində atmosferə daha çox CO2 buraxılır və okeanlar, meşələr kimi təbii karbon uducuları bu CO2-ni udmağa çatdırmır. Qalıq yanacağın yandırılması, meşələrin qırılması, təbii landşaftın dəyişdirilməsi kimi insan fəaliyyəti balanslaşdırılmış təbii karbon dövrünün pozulmasına və nəticədə istixana effektinin artmasına səbəb olub", - o əlavə edib.

O vurğulayıb ki, Ekseter Universiteti iqlim tədqiqatları sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir və burada 1 500-dən çox alim iqlim və ətraf mühit problemləri ilə məşğul olur, bu da onu bu sahədə ən iri təhsil mərkəzinə çevirir.

"Biz artıq son 2 milyon il ərzində atmosferdəki ən yüksək CO2 konsentrasiyasına malikik. Dünya okeanının səviyyəsi son 3000 ildə ən sürətli templə artır. Buzlaqların əriməsi və digər proseslər dünya üzrə iqlim dəyişikliyinə birbaşa təsir edir, bu da daşqınlar, meşə yanğınları və insan tələfatlarına səbəb olur. Gələcəkdə görəcəyimiz dəyişikliklərin keçmişdə gördüklərimizlə eyni olacağını düşünürük. Təəssüf ki, iqlim dəyişikliyi vəziyyətində təbii sistemlərdə baş verən dönüş nöqtələri bizi eksponensial və geri dönməz dəyişikliklərə aparır və bunu unutmamalıyıq", - o bildirib.

O qeyd edib ki, təbiət sistemlərinin nəzarətdən çıxma riski mövcuddur.

"Bu proseslərin nəzarətdən çıxmamış dayandırmaq üçün biz sürətlə hərəkət etməliyik", - o əlavə edib.

O, su qıtlığının və iqlim dəyişikliyi ilə əlaqəli ərzaq istehsalının azalmasının aclıq təhlükəsi yaratdığını bildirib.

"Biz bilirik ki, bu prosesin qarşısını almaq üçün emissiyaların sıfır səviyyəsinə çatmalıyıq. 2050-ci ilə qədər sıfır emissiyaya çatmaq üçün nə edilməli olduğunu dəqiq başa düşürük", - professor vurğulayıb.

Onun fikrincə, iqlim dəyişikliyi ilə mübarizənin həllini təmin edəcək sahələr arasında elektromobillər, enerji saxlama sistemləri və bərpa olunan enerji mənbələri mühüm rol oynayır.

"Bir kilovatt enerji hasil etmək üçün günəş panelinin qiyməti reallıqda 99,9 faiz ucuzlaşıb. Elektromobillərin sayının artması ilə batareya istehsalının qiyməti də azalır. Biz tamamilə bərpa olunan enerjiyə keçsək, enerji saxlama və elektromobillər üçün şarj stansiyaları tikmək lazımdır. Beləliklə, elektromobillərin yayılması bərpa olunan enerji mənbələrinə keçidi asanlaşdırır, enerji saxlayan qurğuların alışını ucuzlaşdırır. Biz görürük ki, dekarbonizasiya ilə iqtisadi artım arasında seçim etməyə ehtiyac yoxdur. Bir çox ölkə eyni vaxtda karbon emissiyalarını azaldaraq, iqtisadiyyatlarını gücləndirir. Mən COP29-un keçirilməsini, qlobal iqlim məsələlərində irəliləyişləri səbirsizliklə gözləyirəm", - Broklharst vurğulayıb.

Professorun fikrincə, iqlim dəyişikliyi bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir.

"Bizim nəsil gələcək nəsillər üçün sağlam bir Yer kürəsini geridə qoymaq imkanına sahibdir və bu problemi həll etmək üçün məsuliyyət bizim üzərinə düşür”, - o, sözlərinə yekun vurub.

Xəbər lenti

Xəbər lenti