...

Azərbaycan və Braziliya arasında B2B iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb (FOTO)

Yaşıl iqtisadiyyat Materials 10 Oktyabr 2024 14:45 (UTC +04:00)
Azərbaycan və Braziliya arasında B2B iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Pre-COP çərçivəsində “Bakıdan Belemə (B2B) İqlim Tərəfdaşlığı” (Memorandum of Understanding on the "Baku to Belem (B2B) Climate Partnership") üzrə Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bununla bağlı saziş Azərbaycan və Braziliya arasında imzalanıb.

Sazişə Azərbaycan tərəfindən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya tərəfdən Braziliya xarici işlər nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndəsi Andrea Korera do Laqo imza atıblar.

B2B Təşəbbüsü Azərbaycanda keçiriləcək COP29 və Braziliyada keçiriləcək COP30 arasında qlobal iqlim fəaliyyətini inkişaf etdirmək, dayanıqlı inkişafı təşviq etmək və COP29-dan COP30-a əməkdaşlığı gücləndirmək üçün vacib əməkdaşlıq qurub.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 keçirilir.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti