...

Azercell rəhbəri: "Azərbaycan – investisiya üçün Avrasiyanın ən əlverişli dövlətlərindən biridir"

Telekommunikasiya Materials 17 Oktyabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ "Azərbaycan investisiya üçün Avrasiyanın ən əlverişli dövlətlərindən biridir" - deyə Azərbaycanın iri rabitə operatoru Azercell Telecom İB-nin baş direktoru Halim Ateş Moskvada "Rusiya, Azərbaycan və Türkiyənin yaxınlaşma yolları və Avrasiyada yeganə geosiyasi məkanın formalaşdırılmasında üç ölkənin rolu" adlı konfransda çıxışı zamanı bildirib. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında bildirilir.

"Biz 1996-cı ildə, ölkənin ən iri GSM operatoru olmaq cəhdi ilə, Avropanın TeliaSonera və Turkcell kimi iri Mobil rabitə operatorları ilə əməkdaşlıq nəticəsində yaranmışıq. Hazırda 73 faiz pay ilə biz Azərbaycanın rabitə bazarında iri telekommunikasiya şirkəti olmuşuq" - deyə Ateş vurğulayıb.

Azercell Telecom İB-nın baş direktoru bildirib ki, Avrasiya ölkələrinə gəldikdə, Avropa şirkətləri bazarın ümumi səviyyəsini qaldırmalı və ölkə iqtisadiyyatının inkişafına yardım etməlidirlər.

"Azercell bu məsələdə yaxşı örnək ola bilər. Biz dünyada öncədən ödəmə əsasında (SimSim) tarif paketini tətbiq edən ilk şirkətlərdən biriyik. Həmçinin, MDB-də Investors in People sertifikatı alan yeganə şirkət, regionda ISO 9001-2000 sertifikatını alan ilk şirkətik" - deyə o söyləyib.

Azərbaycanın rabitə sahəsinin inkişafında Azercell Telecom-un yatırdığı ümumi investisiyanın həcmi 600 mln. dollara yaxın təşkil edib. Şirkət qeyri-neft sektorunda iri səhmdarlardan biri olaraq qalır. Azercell vergi şəklində dövlət büdcəsinə 400 mln. dollara yaxın vəsait keçirib və qeyri-neft sektorunda ən iri vergi ödəyən şirkətdir.

Xəbər lenti

Xəbər lenti