...

Azercell yeni güzəşt kampaniyası keçirir

Telekommunikasiya Materials 19 Mart 2008 19:09 (UTC +04:00)

Azərbaycan,Bakı,19 mart / Trend / Azərbaycanın mobil əlaqə operatoru Azercell Telecom ölkədə ilk dəfə olaraq "Hava Limanı Ərazisində Eksklüziv güzəşt zonası" adı altında yeni güzəşt kampaniyası keçirir. Bu barədə Şirkətin məlumatında deyilir. "Azercell"in abonentləri bu kampaniya müddətində yerli tariflər üzrə dünyanın isitənilən nöqtəsinə zəng edə bilər.

"Hava Limanı Ərazisində Eksklüziv güzəşt zonası" kampaniyası dövründə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində (AEROP1,AEROP2,AEROP3,ARIND1 radio-baza stansiyaları ərazisində) istənilən "Azercell" abonentinin mənsub olduğu tarif paketi üzrə, ölkədaxili yerli tarifə uyğun olaraq, istənilən ölkəyə zəng edə bilər. 

Kampaniyanın əsas məqsədi Azərbaycanın hava limanının ərazisində "Azercell" abonentlərinə daha rahat və intensiv ünsiyyətdə olmağa sərfəli şərait yaratmaqdır. 

Martın 19 - dan başlayan kampaniya iyunun 30 -dək davam edəcək. Kampaniya müddətində hava limanından "Azercell" abonentinin etdiyi zəng (peyk operatorları istisna olmaqla) onun tarif paketinə uyğun,  adi ölkədaxili - şəbəkəxarici zəng kimi qiymətləndiriləcək. Abonentin bu güzəşti əldə etməsi üçün zəngin aeroport ərazisindən edilməsi vacibdir.

Kampaniya "Azercell" abonentlərinə dünyanın istənilən nöqtəsinə yerli tariflərlə danışmağa imkan yaratmaqla yanaşı, onun səfər etdiyi xarici ölkədə gözləyənlərlə və ya Azərbaycana qayıdan zaman onu yola salanlarla daha intensiv əlaqə yaratmağa imkan verəcək.

Azercell Telecom ölkənin ən iri GSM operatorlarından biri olub, 3 mln. dan çox abonentə malikdir.

Xəbər lenti

Xəbər lenti