...

Azərbaycanda rabitə xidmətləri üzrə qiymətlərin dəyişdirilməsi planlaşdırılmır – nazir müavini

Telekommunikasiya Materials 29 Oktyabr 2008 12:48 (UTC +04:00)
Azərbaycanda rabitə xidmətləri üzrə qiymətlərin dəyişdirilməsi planlaşdırılmır – nazir müavini

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Tarif Şurası telefon danışıqlarına olan təriflərin dəyişdirilməsinə dair təklif nəzərdən keçirmir. Bu barədə çərşənbə günü Qarşılıqlı rouminq ekspertlər qrupunun (QREQ) illik iclasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

"Bu gün Tarif Şurasına bu xidmətlər üzrə qiymətlərin qaldırılması və ya azaldılmasına dair təkliflər daxil olmayıb", - deyə nazir müavini bildirib.

Məmmədovun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Şuraya müraciət edə biləcəyi yeganə məsələ telefon xidmətləri qiymətlərinin maya dəyərinə yaxınlaşdırılması ilə bağlı ola bilər. Bu ya aylıq abunə ödəmələrinin qaldırılması, ya da beynəlxalq danışıq qiymətlərinin endirilməsi hesabına reallaşdırıla bilər.

2007-ci il iyunun 1-dən Azərbaycanda telefon danışıqları üzrə yeni tariflər qüvvəyə minib. Ölkə ərazisində telefon danışıqları üzrə aylıq abunə haqları 0,7 manatdan iki manatadəki artırılıb. Bunun əvəzində, respublika daxilində beynəlxalq danışıqlara görə haqlar bir dəqiqə üçün 0,09 manatdan 0,07 manatadək endirilib. O cümlədən:

- MDB və Baltik ölkələrinə zənglərin qiyməti 0,45 manatdan 0,36 manata;

- İran, Türkiyə, Pakistana - 0,54 manatdan 0,45 manata;

- Avropa ölkələrinə - 0,72 manatdan 0,54 manata;

- ABŞ və digər ölkələrə - 0,9 manatdan 0,54 manatadək endirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - capital

Xəbər lenti

Xəbər lenti