...

Bakıda "BakuTel 2008" telekommunikasiya sərgisi öz işinə başlayıb

Telekommunikasiya Materials 11 Noyabr 2008 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir S.Babayeva/ Noyabrın11-dən-14-dək Bakıda davam edəcək "Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - BakuTel 2008" bu gün öz işinə başlayıb. Tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev iştirak edib və şirkətlərin təqdim etdikləri stendlərlə tanış olub.

Bu il iştirakçıların 40 faizini Azərbaycan şirkətləri təşkil edir. Onların arasında Azerfon, Aztelekom, Caspel, Kur, R.I.S.K, Ultra Computers və başqaları da var.

Sərgidə iştirak üçün ümumilikdə dünyanın 21 ölkəsindən olan 105 telekommunikasiya şirkəti qeydə alınıb. Bu sıraya Rusiya, Türkiyə, Ukrayna, Belarus, Sloveniya, İsrail, Çin, Koreya, Fransa və ABŞ da daxildir. Sərgidə Microsoft, Alcatel-Lucent, İskratel, Huawei, Nokia-Siemens, Turk Telecom, Ness Technologies kimi nəhəng şirkətlərlə yanaşı, ilk dəfə olaraq ORT teleradioyayımının ümumdünya şəbəkəsi də iştirak edəcək.

Sərgidə ekspozisiyalar: telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, e-biznes, e-hökumət nümayiş olunacaq.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə sərgi çərçivəsində nazirlərin "Transavrasiya yüksəksürətli informasiya magistralı" mövzusunda regional görüşü nəzərdə tutulub.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti