...

Azərbaycan Qazaxıstanda elektron hökumətlə bağlı konfransda iştirak edir

Telekommunikasiya Materials 19 Noyabr 2008 22:03 (UTC +04:00)

Azərbaycan, Bakı 19 noyabr / Trend / Çərşənbə günü Astanada "Elektron hökumət təşəbbüsləri - 2008" konfransı işə başlayıb. Bu görüşdə ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial idarəsinin rəhbəri İsbəndiyar Əliyev təmsil edir. Bu haqda nazirliyin məlumatında deyilir.

Konfransın məqsədi "Elektron hökumət" proqramının tətbiqinin stimullaşdırılması, dövlət idarəetməsinin şəffaflıq keyfiyyətinin artırılması üçün informasiya-kommunikasiya texnologiyalarının inkişafı, elektron hökumətlə bağlı aktual problemlərin müzakirəsi və bu sahədəki təcrübənin ötürülməsidir.

Xəbər lenti

Xəbər lenti