Azərbaycan, Bakı, 03 dekabr/ Trend /Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom Litva və Malayziyanın operatorları ilə yeni rouminq sazişləri bağlayıb.
Azercell Litvanın "Tele-2" və Malayziyanın "U-Mobile" şirkətləri ilə birlikdə abonentlərinə beynəlxalq rouminq rabitə xidmətini təqdim edib, - məlumatda bildirilir.
Bu, Litva və Malayziya ilə sayca üçüncü rouminq müqaviləsidir.
Azercell abonentləri hazırda Litvanın Omnitel, Bite GSM və Malayziyanın Celcom və Maxis (MMSSB) operatorlarının xidmətindən yararlanırlar.
Azercell Telekom MMC 146 ölkənin mobil rabitə operatorları ilə 366 rouminq sazişi bağlayıb.