Azərbaycanın mobil rabitə operatoru Azerfon (Nar Mobile ticarət markası) mobil şəbəkə istifadəçilərinin rahatlığı və ölkə kənarında olan abonentlər üçün rabitə sahəsində yüksək keyfiyyətli rabitə təmin etmək məqsədi ilə üç beynəlxalq rouminq razılaşması imzalayıb.
Şirkətdən verilən məlumata əsasən, Nar Mobile-ın yeni rouminq tərəfdaşları Monaco Telecom (Monako), Tele2 (Estoniya) və Colombia Movil SA (Kolumbiya) mobil operatorları olub.
Ümumilikdə Nar Mobile tərəfindən 76 ölkə ilə 140 rouminq sazişləri imzalanıb.
"Azerfon" MMC şirkəti Azərbaycan ərazisində mobil rabitə xidmətləri göstərmək üçün 2005-ci ilin sonlarında lisenziya alıb. Şirkət kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80 faiz regionunu əhatə edir. Hazırda Nar Mobile şəbəkəsindən 1 200 000-dən çox abunəçi istifadə edir.