Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir H.Vəliyev /
"Aztelekom" dövlət internet provayderi istifadəçilərin ixtiyarına yeni internet xidməti olan "online "ödəmə sistemini verəcək. Bu barədə "Aztelekom" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov Trend -a deyib.
İsmayılovun sözlərinə görə, sistem hazırda test rejimindədir və yaxın zamanlarda təcrübə üçün istismara veriləcək. İnternet istifadəçiləri Visa International və Master Card beynəlxalq ödəmə sisteminin plastik kartları vasitəsilə AZtelekomNet saytı ilə ödəmə edə biləcəklər. Ödəmələr "Milli kart" prossesinq mərkəzi ilə həyata keçiriləcək.
Layihə "Silver Key" şirkəti ilə birgə həyata keçirilir.
Təhlükəsizliyin artırılması üçün 3DSecure internet tranzaksiya protokolu istifadə edilir. 3DSecure təhlükəsizlik standartı Visa və MasterCard tərəfindən internet şəbəkəsində kartlar üzrə təhlükəsiz servislərinin hazırlanmasında istifadə olunub. Visa-da bu servis "Verified by Visa", Master Card-da isə "MasterCard SecureCode" adlanır. 3DSecure texnologiyası ödəmələrin ən qabaqcıl standartıdır və dələduzluq riskini sıfıra endirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]