Nar Mobile yeni baza stansiyalarının qurulması barədə elan edib

Telekommunikasiya Materials 29 Sentyabr 2009 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr / Trend /

Nar Mobile bütün ölkə ərazisi üzrə daha 17 yeni stansiya quraşdıraraq şəbəkəsinin əhatə zonasını genişləndirir.

Yeni stansiyaların istismara verilməsi nəticəsində Bakıda 8, Abşeron yarımadasında 1, Sumqayıtda 1, Qusarda 2, Xanlarda 1, Astarada 1, Salyanda 1, Qubada 1, Daşkəsəndə 1 şəbəkə örtüyü yaxşılaşdırılıb.

Nar Mobile həm Bakı, həm də regionlarda yeni baza stansiyalarını quraşdırmağı davam etdirir.

Hazırda Nar Mobile şəbəkəsi ölkə əhalisinin 90 faizinin yaşadığı əraziləri əhatə edir və 1,3 milyon abunəçini yüksək keyfiyyətli rabitə ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti