...

Azərbaycanın "Dimanc" layihəsinə Aİ layihəsində iştirak etmək təklif olunub

Telekommunikasiya Materials 4 Noyabr 2009 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın "Dilmanc" layihəsinə (maşın tərcüməsi) Avropa İttifaqının (Aİ) az istifadə edilən dillər layihəsində iştirak etmək təklif olunub. Bu barədə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev Trend -a bildirib.

Fətullayevin sözlərinə görə, bu gün müasir elmdə linqvistik texnologiya əsas mövqeni tutur. Azərbaycanda həyata keçirilən "Dilmanc" layihəsi ölkədə bu texnologiyanın inkişafına diqqətin hansı səviyyədə olmasına əyani sübutdur.

Layihə növbəti dəfə BakuTel-2009 Azərbaycan telekommunikasiya sərgisində təqdim edilib.

Sistemdəki yenilik telefon tərcüməsinin olmasıdır ki, bu da həmsöhbətlə interaktiv tərcüməni həyata keçirməyə imkan verir.

Maşın tərcüməsində üç modul fəaliyyət göstərir: nitqin müəyyən edilməsi, maşın tərcüməsi və mətnin səsləndirilməsi sistemləri.

"Dilmanc" layihəsinin başçısı Fətullayevin sözlərinə görə, sistem 130 min söz və söz birləşməsini tanıya bilir. Sistemdə Acoustic və Language modullarından istifadə edilib. Language 150 milyon sözdən ibarətdir. Acoustic modulu isə 50 saatlıq danışıq korpusunda hazırlanıb. Sistemin yaradılmasında 1500 spikerin səsindən istifadə edilib.

Sistem mikrofon vasitəsilə mətnin daxil edilməsi üçün əlverişlidir. Dil filtri Windows mühitində istənilən redaktorda danışıq nitqini mətnə çevirə bilir.

Hazırda elektron formada böyük cümlələrin tərcümə sürəti 15-16 saniyə təşkil edir. Gələcəkdə sistemin təkmilləşdirilməsi tədbirləri nəticəsində bu göstərici yaxşılaşacaq. Sistemin Beta versiyasını http://www.dilmanc.az saytından əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti