Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir H.Vəliyev/
Azərbaycan və Belarus informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Müqavilənin imzalanması Bakıda keçirilən informasiya texnologiyaları üzrə birinci Azərbaycan-Belarus biznes forumu zamanı təşkil edilib.
Sənədi Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Mixail Batur və Azərbaycan Texniki Universitetinin rektoru Xavər Məmmədov imzalayıb.
Forum çərçivəsində həmçinin Azərbaycanın "Ultra" şirkəti və "ST-Qrup" Belarus İnnovasiya Birliyi arasında müqavilə imzalanıb. Sənədi "Ultra" şirkətinin rəhbəri Tahir Mirkişili və "ST-Qrup"un Baş direktoru Aleksandr Mukovozçik imzalayıb.