...

Birinci rübün sonunadək Bakının ictimai yerlərində internet köşkləri işə salınacaq

Telekommunikasiya Materials 16 Fevral 2010 18:28 (UTC +04:00)
Birinci rübün sonunadək "Kür" - kompüter avadanlığı istehsalı ilə məşğul olan zavod paytaxtda internet köşk şəbəkələrini işə salacaq. Bunu müəssisənin mühəndis-proqramçısı Ürfan Vəliyev Trend Capital-a deyib.

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir H.Vəliyev/

Birinci rübün sonunadək "Kür" - kompüter avadanlığı istehsalı ilə məşğul olan zavod paytaxtda internet köşk şəbəkələrini işə salacaq. Bunu müəssisənin mühəndis-proqramçısı Ürfan Vəliyev Trend -a deyib.

İnternet köşkləri paytaxtın ictimai yerlərində fəaliyyət göstərəcək. Vəliyevin sözlərinə görə, bu qurğuların qoyulacağı yerlər təhsil müəssisələri, biznes mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, avtobus dayanacaqlarıdır.

Hazırda internet köşkləri dövlət və özəl müəssisələr tərəfindən istifadə edilir.

"Hazırda internet köşkünün iş prosesini avtomatlaşdırmağa imkan verən proqram təminatının hazırlanması üzrə işlər görülür. Proqram hissəsi üzərində işlər başa çatdıqdan sonra zavodun bazasında onların silsilə istehsalını işə salmaq planlaşdırılır. İnternet köşkləri WiMAX simsiz genişzolaqlı giriş bazasında işləyəcək. Bununla əlaqədar olaraq, tarif planları və operatorların təqdim etdikləri xidmətin keyfiyyəti gözdən keçirilir", - Vəliyev deyib.

Yüksəksürətli internet şəbəkəsinə qoşulan avtonom qurğular hamını sürətli əlaqə ilə təmin edəcək. İlkin məlumatlara görə, məlumatların ötürülmə sürəti 1 Gbit/s-ə çatacaq. Qurğuların istifadəçiyə terminalın köməyi ilə tapılan informasiyanı çap etməyə imkan verən printerlə təchiz edilməsi planlaşdırılır.

İnternet köşkünün işinin rahatlığını istifadəçi və internet şəbəkəsi arasında əlaqələndirici həlqə olan internet-brauzer tərəfindən təmin ediləcək. Məlumatların terminala daxil edilməsi ayrıca qurğunun - klaviaturanın köməyi ilə həyata keçiriləcək. Bu klaviaturalar xüsusi olaraq internet köşklərinin təhlükəsizliyinin təmin edilməsi üçün hazırlanır.

Xəbər lenti

Xəbər lenti