Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H.Vəliyev/
İntersputnik Beynəlxalq Kosmik Rabitə Təşkilatının Şurası və İstismar Komitəsi peyk rabitə sisteminin inkişaf proqramını təsdiq edib. Bu barədə İntersputnik-in məlumatında deyilir.
Proqramın əsas istiqamətləri özəl kosmik seqmentin və İntersputnik-in əsas orbital-tezlik resurslarının yaradılmasıdır.
Azərbaycan İntersputnik sisteminə rəsmi olaraq 2004-cü ilin sonunda qoşulub. BKRT-yə üzvlük Azərbaycana dünyanın müxtəlif regionlarına çıxış və tele və radio proqramların yayımlanması üçün sərfəli şərtlərlə kosmik əlaqələrdən istifadə imkanı verir.
İntersputnikin peyk rabitəsi sisteminin inkişaf proqramının təsdiq edilməsi məsələsi sessiyanın Vyetnamda keçirilməsinə dair qərar Vyetnamda baş tutmuş 38-ci birgə sessiya və İntersputnik İstismar Komitəsinin 11-ci sessiyası zamanı müzakirə olunub.
İntersputnik-in fəaliyyətinə dair qərarın nəzərdən keçirilməsi və qəbul edilməsində Azərbaycanı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təmsil edib.
İntersputnik Beynəlxalq Kosmik Rabitə Təşkilatının Şurası və İstismar Komitəsinin birgə sessiyasında əsas hadisə İntersputnikin baş direktorunun müavininin seçilmısi olub. Həmin vəzifəni növbəti dörd il ərzində icra etmək üçün Çex Respublikası vətəndaşı Ştefan Köller seçilib.
İntersputnik Beynəlxalq Kosmik Rabitə Təşkilatının Şurası və İstismar Komitəsinin növbəti birgə sessiyası 2011-ci ilin noyabrında Moskvada keçiriləcək və İntersputnik-in yaradılmasının 40 illiyinə həsr olunacaq.
Birgə sessiya zamanı İstismar Komitəsi sədrinin İstismar Komitəsinin son illər ərzindəki fəaliyyəti barədə hesabatı dinlənilib.
2008-ci illə müqayisədə İntersputnik-in gəlir artımı 2009-cu ildə 11,2 faiz, mənfəəti isə 12,6 faiz təşkil edib.