...

Azərbaycanın Rabitə Nazirliyi "Azerspace" milli telekommunikasiya peykinin gələcək istehsalçısı ilə müqavilə imzalayıb

Telekommunikasiya Materials 27 May 2010 17:21 (UTC +04:00)
Cümə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azerspace" milli telekommunikasiya peykinin istehsalı ilə əlaqədar "Orbital Sciences Corporation" şirkəti ilə müqavilə imzalayıb.
Azərbaycanın Rabitə Nazirliyi "Azerspace" milli telekommunikasiya peykinin gələcək istehsalçısı ilə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Vəliyev/

Cümə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azerspace" milli telekommunikasiya peykinin istehsalı ilə əlaqədar "Orbital Sciences Corporation" şirkəti ilə müqavilə imzalayıb.

"Azerspace"in qiyməti 160 milyon manatdan çoxdur. Peykin inşası təxminən 87 milyon manata başa gələcək. 40 milyon manat onun orbitə buraxılmasına sərf olunacaq. Peykin idarəedilməsi mərkəzi 16 milyon manat təşkil edəcək. Qalan 18 milyon manat onun 100 faizlik sığortasına sərf ediləcək.

Peykin istismar müddəti 15 il, xərcini çıxarma müddəti beş ilə yaxındır.

Bu gün nazirlik tərəfindən "Azerspace" peyki üçün orbital mövqenin icarəsi haqqında müqavilə imzalanıb. Müqavilə Malayziyanın MEASAT peyk operatoru ilə imzalanıb.

Nazirliyin planlarına görə, ilk peykin orbitə 2012-ci ilin iyununda çıxarılacağı gözlənilir.

"Azerspace" milli peykinin yerləşdirilməsi üçün ITU (International Telecommunication Union) tərəfindən 43.2, 58.5 və 96 dərəcə şərqi uzunluqda mövqelər ayrılıb. Peyk Avropa, Asiya və Afrikaya istiqamətlənmiş üç şüa ilə təchiz ediləcək ki, bu da respublikanın kanalların yayımında tranzit ölkə kimi çıxış etməsinə imkan yaradacaq.

Rabitə peykinin orbitə çıxarılması Azərbaycanın kosmik sənaye ölkəsinə çevrilməsi üzrə perspektiv layihələrin həyata keçirilməsində ilk addım olacaq. Əvvəlcə peykin buraxılmasının ABŞ-ın "Falkon" daşıyıcı raketinin bazasında həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin ABŞ layihəsi yubandığından nazirlik peykin "Zenit" daşıyıcı raketi bazasında çıxarılması üçün "Ukroboronservis" ilə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti