...

"Roskomnadzor" Rusiya-Azərbaycan transsərhəd keçidinin layihələşdirilməsinə icazə verib

Telekommunikasiya Materials 27 İyul 2010 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir H.Vəliyev/

"Roskomnadzor" (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) Rusiya-Azərbaycan transsərhəd keçidinin layihələşdirilməsinə icazə verib. Bu barədə Trendə "Sinterra" şirkətlər qrupunun mətbuat katibi Yekaterina Andreyeva bildirib.

Bazar ertəsi "Sinterra"nın "Roskomnadzor"a qarşı sürdüyü iddia ilə bağlı məhkəmə iclası keçirilib. Operatorun bəyan etdiyinə görə, "Roskomnadzor" prosessual öhdəlikləri yerinə yetirməyib, Rusiya və Azərbaycan arasında transsərhəd keçidinin həyata keçirilməsinə maneə törədib.

Andreyevanın sözlərinə görə, müvafiq icazə alındığına görə "Sinterra"nın iddiası geri götürülüb.

Dərbənd-Quba yolunda Rusiya və Azərbaycan arasında transsərhəd keçidinin tikintisi ilə bağlı qərar qəbul edildikdən sonra "Sinterra" tikintiyə Federal Rabitə və İnformasiya Texnologiyaları Komissiyasından icazə alıb. Razılaşdırmanın növbəti mərhələsi "Sinterra"ya Komissiyanın məktubuna istinad edərək rəsmi rəyin verilməsinə imtina edən "Roskomnadzor"dan keçidin layihələşdirilməsinə icazənin alınması olmalı idi.

Əvvəllər Andreyevanın bildirdiyinə görə, Azərbaycan hökuməti Rusiya tərəfinə müraciət göndərərək Rusiya və Azərbaycan arasında transsərhəd keçidinin yaradılması üzrə əldə olunan razılaşmaların tezləşdirilməsi təklifi ilə çıxış edib.

"Sinterra" və "Aztelekom" Dərbənd-Quba yolunda Rusiya və Azərbaycn arasında transsərhəd keçidinin tikintisi üzrə layihəni həyata keçirirlər. Bu günədək infrastrukturun Rusiya tərəfi layihənin başa çatdırılmasına tam hazırdır. "Sinterra" tərəfindən Mahaçqaladan uzunluğu 180 km-dən çox olan əsas və ehtiyat volokon-optik rabitə xəttinin öz milli magistral şəbəkəsinin qovşağından Rusiya tərəfinin sərhədyanı zonasına daxil olanadək salınması həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti