Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Maliyyə Nazirliyi kompüter avadanlığının alınması və proqram təminatı üzrə tender elan edib. Bu barədə cümə axşamı nazirliyin tender komissiyasının məlumatında deyilir.
Nazirliyin məlumatına əsasən, alış avtomatlaşdırılmış xəzinəni idarə sisteminin tətbiqi ilə həyata keçirilir. Kompüter avadanlığı 2, 3, 4, 5, 6, 10 və 11 №li xəzinə idarələri üçün, lisenziyalı proqram təminatı və əməliyyat sistemləri - Xaçmaz rayonunun 1 və 12 №li maliyyə idarələri üçün, həmçinin, Sumqayıt və Gəncə şəhərlərinin maliyyə idarələri üçün alınır.
İştirakçıların tender təklifləri 24 noyabr 10:00-dək qəbul olunur. Tender təklifləri ilə paketlərin açılması 25 noyabr 11:00-da Maliyyə Nazirliyində təşkil olunacaq.
Əlavə məlumatı 8 oktyabrdan 24 noyabradək 404-47-06 nömrələrindən almaq olar.