...

2010-cu ildə Azərbaycanda İKT sektorunda gəlirlərin artım tempi 30 faiz təşkil edəcək – rabitə naziri

Telekommunikasiya Materials 6 Dekabr 2010 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunda gəlirlərin artım tempi 30 faiz təşkil edəcək. Bu barədə bazar ertəsi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu göstərici orta hesabla dünyadakı orta göstəriciləri üçqat üstələyir.

"Təkcə ilin doqquz ayının yekunları üzrə sektorda artım 33 faizi ötüb və ilin sonunadək bu rəqəm [illik orta hesabla] təqribən 30 faiz təşkil etməlidir. Bu yaxınlarda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-International Telecommunication Union) dərc olunmuş hesabatında Azərbaycan İKT sahəsində dinamik inkişaf edən ölkələr "onluğ"una aid edilib", - Abbasov bildirib.

Nazirliyin məlumatına görə, ötən dövr ərzində telekommunikasiya sektoru üzrə artım 33,9 faiz, poçt rabitəsi üzrə 20,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti