...

Masallıdakı rabitə qovşağının işi tam bərpa olunacaq - nazir

Telekommunikasiya Materials 11 Fevral 2011 12:43 (UTC +04:00)
Masallı Telekommunikasiya Qovşağının (TKQ) əsas infrastrukturu bərpa olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Masallıdakı rabitə qovşağının işi tam bərpa olunacaq - nazir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir H.Vəliyev/

Masallı Telekommunikasiya Qovşağının (TKQ) əsas infrastrukturu bərpa olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, "Aztelecom" İstehsalat Birliyi tərəfindən hadisənin baş verdiyi ilk günlərdən alternativ variantın həyata keçirilməsi üzrə işlər görülüb - Telekomunikasiya Qovşağının yeni binası istismara verilib.

"Yaxın üç-dörd gündə Masallı Telekommunikasiya Qovşağının işi tam bərpa olunacaq. Beynəlxalq və tranzit trafikinin idarə olunması da yeni binada həyata keçiriləcək. Alternativ kanalların mövcudluğu sayəsində Masallı TKQ-da beynəlxalq və tranzit trafiki idarəedilməsi ilə bağlı problem olmadı", - Abbasov deyib.

Bundan əvvəl Trend-ə Masallı rayon prokurorluğundan verilən məlumata görə, Masallı rayonunun Telekominikasiya Qovşağının binasında tezliyin dağılması ilə bağlı Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Məlumata əsasən, hadisənin baş vermə səbəblərini araşdırmaq üçün işçi komissiyası yaradılıb.

Bazar ertəsi Masallı TKQ-nin binasında baş verən güclü partlayış nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

Masallı şəhəri Bakıdan 230 km cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti