...

Azərbaycanın kabel televiziyası operatoru Bakı ərazisində rəqəmsal TV-nin yaradılmasına başlayacaq

Telekommunikasiya Materials 15 Aprel 2011 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın kabel televiziyası operatoru - "B&BTV Communications" MMC Milli Televiziya və Radio Şurasına Bakı ərazisində DVB-T standartlı rəqəmsal televiziya üçün tezlik resursunun alınmasına görə müraciət edib. Bu barədə Trend-ə cümə günü şirkətin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov deyib.

Mahmudovun sözlərinə görə, rəqəmsal siqnalın olması şirkətə respublikanın bütün ərazisində ödənişli rəqəmsal televiziya xidmətlərini təqdim etməyə imkan verən əlavə avadanlığı işə salmağa şərait yaradacaq.

"Biz hamının istifadə edə biləcəyi bir sosial paketi təqdim etməyi planlaşdırırıq. Kommersiya əsasında isə əsas baza, bazalı genişləndirilmiş paket və istifadəçinin marağına uyğun ayrı-ayrı məhdud ixtisaslı paketlər (maarifləndirici, idman kanalı, filmlər və s.) təqdim olunacaq" , - Mahmudov qeyd edib.

Onun sözlərinə görə, ümumilikdə rəqəmsal formatda 100-ə yaxın televiziya kanalına baxmaq mümkün olacaq.

2012-ci ildə "B&BTV Communications" rəqəmsal televiziya şəbəkəsi respublika ərazisinin 98 faizini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti