Azərbaycan, Bakı, 19 aprel /Trend/
Azərbaycanın ilk mobil operatoru olan Bakcell yeni bir məhsul - internet kartlarını təqdim edir. Bakcell-in internet istifadəçiləri yeni kartların köməyi ilə öz mobil telefonları və ya kompüterlərindən internetə qoşula bilərlər.
Bakcell-in bütün abunəçiləri internet kartlarından istifadə etməklə, öz mobil telefonlarına və ya data-kartlarına internet paketi yükləyə bilərlər. İnternet kartını aktivləşdirmək üçün kartın üzərində olan 14 rəqəmli kodu pozub *102# nömrəsinə göndərmək lazımdır.
Bakcell bir neçə nominal dəyərli internet kartlarını təklif edir: 1 AZN dəyərində 15 MB internet paket, 3 AZN dəyərində 60 MB, 5 AZN dəyərində 120 MB və 25 AZN dəyərində 1 GB internet paket. İnternet kartlarının istifadə müddəti 30 gündür.
Bakcell internet kartlarını bütün Bakcell Xidmət mərkəzləri, BakcellIM Müştəri Xidmətləri və Satış mərkəzləri, diler məntəqələri, mini və supermarketlər, kompüter mağazaları və internet klublarda əldə etmək olar.