...

Sumqayıtın təhsil müəssisələri "Kasperski Laboratoriyası"nın lisenziyalı antivirus proqramlarına keçir

Telekommunikasiya Materials 4 İyul 2011 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir H.Vəliyev/

Sumqayıtın təhsil müəssisələri və Bakı ətrafındakı məktəblər Rusiyanın informasiya təhlükəsizliyi sistemləri istehsalçısı "Kasperski Laboratoriyası"nın antivirus həllərinin lisenziya antiviruslarından istifadəyə keçir. Bu barədə bazar ertəsi Trend-ə MONT Azerbaijan şirkətinin baş direktorunun müavini Günel Səfərəliyeva məlumat verib.

Səfərəliyevanın sözlərinə görə, Bakının təhsil müəssisələri iki ildən artıqdır "Kasperski Laboratoriyası"nın antivirus həllərindən istifadə edir və şirkət tərəfindən onlar üçün nəzərdə tutulan endirimlər 40 faizə çatır. Daha böyük layihələr üzrə endirimlər 50 faizə çata bilər.

"Azərbaycanın orta təhsil müəssisələrində "Kasperski Laboratoriyası"nın antivirus həllərinin instalyasiyalarının sayı daim artır. Hazırda paytaxt məktəblərində əvvəllər installaşdırılmış antivirusların yeniləri ilə əvəz edilməsi işləri aparılır. Bununla paralel olaraq Bakı ətrafındakı məktəblərdə, eləcə də Sumqayıt məktəblərində onlar üçün nəzərdə tutulan güzəştlər əsasında tədricən "Kasperski Laboratoriyası"nın antivirus həllərinin lisenziyalaşdırılmış versiyalarına keçilir", - Səfərəliyeva deyib.

"Kasperski Laboratoriyası"nın qiymət vərəqələrinin özündə dövlət müəssisələri üçün hansısa güzəştlər nəzərdə tutulmayıb. Güzəştli şərtlər müəyyən layihələr çərçivəsində, o cümlədən təhsil sektoruna (məktəblərə və ali məktəblərə) verilə bilər və "Kasperski Laboratoriyası"nın bu qiymət siyasəti şirkətin təmsil olunduğu bütün ölkələrə şamil edilir.

Ümumilikdə, Səfərəliyevanın sözlərinə görə, son vaxtlar ərzində Azərbaycanda informasiya təhlükəsizliyi sistemləri artım tempi nümayiş etdirirlər ki, bu da həm istehlakçı, həm də korporativ seqmentin, o cümlədən dövlət sektorunun və təhsil sektorunun hesabına artıma əsaslanır.

Bu gün Azərbaycanın antivirus sistemləri bazarında "Kasperski Laboratoriyası"nın payı kifayət qədər böyükdür. Səfərəliyevanın sözlərinə görə, installaşdırılmış antivirus həllərin sayı üzrə liderlər üçlüyünə "Kasperski Laboratoriyası", Symantec və ESET daxildir.

Xəbər lenti

Xəbər lenti