...

Azərbaycan Rabitə Nazirliyinin nümayəndəsi RRB komissiyasının sədr müavini seçilib

Telekommunikasiya Materials 17 Oktyabr 2011 15:55 (UTC +04:00)
Tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov Regional Rabitə Birliyinin (RRB) Rabitə sahəsində nizamlama orqanlarının fəaliyyətinin əlaqələndirilməsi komissiyası sədrinin müavini seçilib.
Azərbaycan Rabitə Nazirliyinin nümayəndəsi RRB komissiyasının sədr müavini seçilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov Regional Rabitə Birliyinin (RRB) Rabitə sahəsində nizamlama orqanlarının fəaliyyətinin əlaqələndirilməsi komissiyası sədrinin müavini seçilib. Trend-in məlumatına görə, bu barədə RRB-nin bazar ertəsi yaydığı məlıumatda deyilir.

Seçkilər oktyabrın 6-da komissiyanın RRB-nin normativ sənədlərinə uyğun olaraq Moldovada keçirilən beşinci iclası çərçivəsində baş tutub.

Təmirov 2012-2014-cü illər dövründə sədr müavini postuna seçilib.

İclas çərçivəsində Azərbaycanın rabitə administrasiyası bu sahədə lisenziyalaşdırılmış xidmətlər üzrə öz təcrübəsini təqdim edib. Təmirov ölkədə texniki qanunvericilikdən ümumi hüquqi tənzimlənməyə keçildiyi, rabitə xidmətlərinin göstərilməsi üzrə lisenziyaların texniki neytrallığı barədə danışıb.

Habelə, komissiyanın iclası çərçivəsində təcrübə mübadiləsi və telekommunikasiyalar bazarının liberallaşdırılması, universal xidmətlərin tətbiqi və gələcəkdə onların təkmilləşdirilməsi, lisenziyalaşdırma təcrübəsi, istehlakçıların müdafiəsi, rabitə xidmətlərinin keyfiyyəti və s. məsələlər üzrə diskussiyalar keçirilib.

Perspektivdə komissiya tərəfindən rabitə sahəsində tənzimləmə proseslərinin əlaqələndirilməsi üzrə işlər davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti