...

Azərbaycanda stasionar şəbəkənin SMS-dən gələn gəlirləri 160 min manat artıb

Telekommunikasiya Materials 22 Dekabr 2011 12:33 (UTC +04:00)
Azərbaycanda stasionar şəbəkənin SMS-dən gələn gəlirləri 160 min manat artıb
Azərbaycanda stasionar şəbəkənin SMS-dən gələn gəlirləri 160 min manat artıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir H.Vəliyev /

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin sabit telefon şəbəkəsi abonentlərinin "107" xidmətindən istifadə etməklə bütün mobil telefon şəbəkəsi abonentlərinə SMS-lərin göndərilməsi xidmətindən 2011-ci il ərzində əldə etdiyi gəlirləri 160 min manat artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, ilin əvvəlindən bu xidmətdən istifadə edənlərin sayı artıb.

Xidmətdən istifadə üçün abonent "107"-yə zəng edib SMS göndərmək arzusunu bildirərək, SMS-in mətnini telefonla diktə edir və SMS-in çatacağı mobil telefonu söyləyir. Qəbul edilmiş SMS "107" xidməti tərəfindən lazımi ünvana çatdırılır.

Dövlət operatorunun qısa ismarıcların göndərilməsi üzrə xidməti 2009-cu ildə Aztelekom və GSM-operatorları (Azercell, Bakcell, Azerfon) arasında bağlanan saziş əsasında istismara verilib. Bu abonentlərə SMS səsvermə yolu ilə keçirilən müsabiqələrdə iştirak etməyə imkan verir.

Dekabrın 22-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti