...

Azercell 15 illik uğurlarını bölüşür

Telekommunikasiya Materials 30 Dekabr 2011 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Milyonların üstünlük verdiyi, Azərbaycanda keyfiyyətli mobil rabitənin simvoluna çevrilən Azercell Telekom MMC yaranmasının 15 illiyini qeyd edir. Bu 15 ildə şirkətin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, həyata keçirdiyi layihələrin sayı-hesabı yoxdur.

15 ildə şirkətin harda olduğunu, qazandığı uğurların miqyasını ilk öncə bu rəqəmlərdən görmək olar: hazırda mobil rabitə bazarının 55 %-nə nəzarət edən Azercell 4 milyondan çox abonentin etibarını qazanıb. Azercell şəbəkəsi ölkənin 80%-ni əhatə edir və əhalinin 99,8%-i keyfiyyətli və etibarlı rabitə xidmətləri ilə təmin edir.

Azercell bu illər ərzində qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi kimi də tanınıb. Şirkətin, həmçinin, dövlət büdcəsinə ödədiyi vergilər 1 milyard ABŞ dollarından artıq təşkil edib. Qeyri-neft sektorunun həm də ən böyük investoru sayılan Azercell-in bu illər ərzində Azərbaycanın telekommunikasiya sektoruna yatırdığı sərmayənin ümumi məbləği 1 milyard ABŞ dollarından artıqdır. Şirkətin həmçinin, dövlət büdcəsinə ödədiyi vergilər 1 milyard ABŞ dollarından artıq məbləği təşkil edir.

Fəaliyyətə başladığı gündən etibarən şirkət öz abonentlərini yalnız ən keyfiyyətli və ən yaxşı məhsullara layiq bilib. Azercell-in səyi nəticəsində abonentlər daim telekommunikasiya dünyasının nəbzini tutmuş, ən son texnologiyalardan xəbərdar olmuşlar. GSM dünyasını Azərbaycana gətirən Azercell ilk dəfə olaraq fakturasız xətt sistemi (SİM-SİM), GPRS, EDGE, fasiləsiz işləyən Telefon-Məlumat Mərkəzi, "Simurq" və tam xidmət göstərən Azercell Ekspres ofisləri yaratmışdır.

Bu gün Azercell şirkəti Bakı və Gəncədə fəaliyyət göstərən Telefon Mərkəzləri, Bakıda 4 və bölgələrdə 6 Müştəri Xidmətləri Mərkəzi, Bakıda 16 və bölgələrdə 22 Azercell Ekspres ofisləri ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edir.

TeliaSonera ailəsinin bir üzvü kimi ölkəmizdə yeni nəsil texnologiyası 3G və 4G-nin sınaqları da ilk dəfə olaraq məhz Azercell tərəfindən aparılmışdır. Ölkəmizdə ilk dəfə olaraq rouminq xidmətini tətbiq edən şirkət artıq dünyada elə bir ölkə qalmayıb ki, onunla rouminq əlaqəsi yaratmasın.

Bundan əlavə Azercell öz etibarlı ve keyfiyyətli şəbəkəsi ilə də həmişə fərqlənib. Belə ki, hazırda Azercell-in ölkə ərazisində 2 400-ə yaxın radio baza stansiyası ən ucqar ərazilərdə belə keyfiyyətli rabitəni təmin edir. Onu da vurğulayaq ki, cəbhə bölgələrində, Xəzər dənizində və Naxçıvanda ilk stansiyalar məhz Azercell tərəfindən quraşdırılmışdır. Qeyd etmək lazımdır ki, Naxçıvanda ilk mobil rabitə Azercell-in sayəsində mümkün olmuşdur.

İndi hər bir Azercell abonenti sevimli şirkətinin onlar üçün maraqlı və sürpriz dolu kampaniyalar təşkil edəcəyindən əmindir. Hər bayramda hədiyyələr qazanan Azercell-lilər neçə illərdir ki "Əzizlərim", "Azercell-ə gəl", "Bonus" kimi cəlbedici kampaniyalardan yararlanırlar. Müxtəlif proqramlar sayəsində Azercell abonentləri pulsuz danışıq vaxtları, telefonlar, daha bahalı hədiyyələr qazana bilirlər. Manat hesablaşma sisteminə keçiddən sonra tariflərdə endirimlər hər bir Azercell müştərisinin ürəyincə olmuşdur.

Azercell bu 15 il ərzində telekommunikasiya bazarından kənardakı fəaliyyəti ilə də öndə olub. Korporativ Sosial Məsuliyyət anlayışını Azərbaycanda tanıtdıran şirkət indiyə qədər təhsil, səhiyyə, idman, mədəniyyət, gənclər və uşaqların inkişafı sahəsindəki sosial layihələrin həyata keçirilməsinə son 15 il ərzində 15 milyon ABŞ dollarından artıq vəsait sərf edilmişdir. Belə layihələr sırasında Milli Kitab Müsabiqəsinin, Mətbuat günü ilə əlaqədar tədbirlərin, kimsəsiz uşaqlar üçün Yeni il şənliklərinin təşkili, onların il boyunca pulsuz diş və göz müayinələrinin aparılmasını və 10-larla digər proqramları sadalamaq olar.

Azərbaycanın gələcəyinə durmadan sərmayə yatıran Azercell istedadlı gənclərin öz potensiallarını reallaşdırmasına da şərait yaratmışdır. Barama layihəsindən tutmuş, Tələbə Təqaüdü proqramına kimi bir çox layihələr savadlı gənclərin biliklərini tətbiq etmələrinə imkan verir. Azercell-in təşəbbüsü ilə ilk dəfə olaraq Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr fənni ümumi dərs proqrama salınmışdır. Artıq Azərbaycanın 2 universitetində tələbələr yeni nəsil şəbəkələrin nəzəriyyəsi ilə yanaşı praktikasını da həyata keçirə bilirlər: bu, Qafqaz və Naxçıvan Dövlət Universitetlərində quraşdırılan 4G laboratoriyaları sayəsində mümkün olub. Xəzər Universitetində isə Azercell-in təşəbbüsü və dəstəyilə təhsildə informasiya texnlogiyalarının geniş tətbiqinə imkan verən E-Learning otağı yaradılmışdır.

Azercell cəmiyyətə olan məsuliyyətini ətraf mühitə olan məsuliyyəti ilə bərabər tutmağa çalışaraq yaşıl texnologoyaların tətbiqinə böyük əhəmiyyət verir. Azərbaycanın ən yüksək zirvələrindən olan Şahdağda külək və günəş enerjisi ilə işləyən baza stansiysının quraşdırması buna bariz nümunədir. Şəbəkənin fəaliyyəti ilə bağlı hazırlanan "Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi" adlı hesabat sənədi 2006-cı il yanvarın 27-də ictimaiyyətin diqqətinə təqdim olunmuşdur. Aparılan araşdırmalar nəticəsində bir daha təsdiqlənmişdir ki, şirkətin GSM şəbəkəsinə aid qurğuları texniki cəhətdən ən qabaqcıl texnologiyalara əsaslanır, tam təhlükəsizdir, bütün ekoloji normalara uyğundur, və iqtisadi yöndən sərfəlidir. Qeyd edək ki, Azercell rabitə sektorunda belə bir qiymətləndirməni həyata keçirmiş yeganə şirkətdir.

Bu qisim tədbirlər sırasında bir neçə ay öncə tətbiqinə başlanılan "Karbon kalkulyatoru" layihəsinin də adını çəkmək yerinə düşərdi. Məhz bu layihənin köməyilə hər kəs şirkətin təqdim etdiyi xüsusi hesablama metodu ilə özünün müxtəlif fəaliyyətlərinin nəticəsi kimi atmosferə hansı həcmdə karbon qazının ifraz etdiyini və bunu minimuma çatdırmağın necə mümkün olduğunu öyrənə bilər.

Azercell ölkəmizdə beynəlxalq miqyaslı tədbirlər keçirilməsi istiqamətində də önəmli addımlar atmışdır. Bir-birinin ardınca Bakıda "TeliaSonera Avrasiya Roaminq Görüşü", "Mobil rabitə və sosial inkişaf" mövzusunda toplantılar təşkil edilmiş, şirkətin ənənəvi sponsorluğu ilə "BakuTel" - Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi keçirilmişdir.

İnsan qaynaqlarına kapitalı əsirgəməyən Azercell bu illər ərzində öz işçilərinin inkişafına təxminən 12 milyon ABŞ dolları həcmində sərmayə yatırmışdır. Azercell Telekom MMC İSO 10002:2004 beynəlxalq standartına uyğunluq IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) standartı üzrə sertifikatlarının sahibidir.

15 ildə əldə olunan nailiyyətlər haqqında Azercell-in həm yerli, həm də beynəlxalq arenada qazandığı mükafatlara əsasən müəyyən təsəvvür yarana bilər. Yalnız son illərdə Azercell Telekom MMC nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmuş, "Stevie", "Socrates", "İnternational Star", Caspian Energy İntegration Award və Progress" kimi mükafatların sahibi olmuşdur.

Hazırda Avrasiyanın ən böyük və ən güclü potensiala malik olan beynəlxalq telekommunikasiya şirkəti TeliaSoneranın üzvü olan Azercell "Eurovision 2012" mahnı müsabiqəsinin əsas tərəfdaşıdır. Azərbaycandakı fəaliyyətini əzmlə davam etdirən Azercell gələcəkdə də öz abonentlərini daha yeni keyfiyyət, yeni kampaniya və tarif paketləri, və eləcə də müxtəlif layihələr ilə sevindirəcəkdir.

Xəbər lenti

Xəbər lenti