...

Azərbaycanda kompüterlərin virusa yoluxma sayı azalıb

Telekommunikasiya Materials 12 Mart 2012 10:55 (UTC +04:00)
Son bir ay ərzində (2012-ci il fevralın 10-dan martın 9-dək) Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı 25,8 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Kasperski laboratoriyası"nın saytında dərc olunan icmalda deyilir.
Azərbaycanda kompüterlərin virusa yoluxma sayı azalıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir H.Vəliyev/

Son bir ay ərzində (2012-ci il fevralın 10-dan martın 9-dək) Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı 25,8 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Kasperski laboratoriyası"nın saytında dərc olunan icmalda deyilir.

Hesabatda deyilir ki, ölkədə istifadəçilərin 44 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.

İcmalda qeyd olunur ki, Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 10 ölkə arasında dördüncü yeri tutur.

İlk TOP 10-a 56-32 faizlə daxil olan ölkələr Rusiya, Ermənistan, Qazaxıstan, Azərbaycan, Banqladeş, Türkiyə, Hindistan, Gürcüstan, Özbəkistan və Qırğızıstandır.

Şirkət təhlükə dərəcəsini qiymətləndirmək üçün bir rüb ərzində istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

Ay ərzində "Kasperski laboratoriyası"nın məhsulları 865 şəbəkə hücumunun qarşısını alıb.

Göstərilən dövrdə AzNET şəbəkəsindəki viruslar üçlüyünə Trojan.Script.Generic, Trojan.Script.Iframer və Trojan.JS.Iframe.zy. daxil olub.

Xəbər lenti

Xəbər lenti