...

Ailə TV-dən "Ailə-yə qoşul LCD TV qazan" lotoreyası davam edir

Telekommunikasiya Materials 4 Aprel 2012 17:39 (UTC +04:00)
Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru olan Ailə TV "Ailə-yə qoşul LCD TV qazan" lotoreyasının davam etdiyini bildirir.
Ailə TV-dən "Ailə-yə qoşul LCD TV qazan" lotoreyası davam edir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru olan Ailə TV "Ailə-yə qoşul LCD TV qazan" lotoreyasının davam etdiyini bildirir.

Trend-in məlumatına görə, müddətsiz olaraq həyata keçirilən lotoreya bütün rəqəmsal yayım abunəçilərinə 10 ədəd LCD TV televizor qazanmaq imkanı verir. Lotoreyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma CAM modul üzərindən qoşulan abunəçilər iştirak edirlər.

Lotoreyanın şərtlərinə əsasən, davamlı olaraq hər il keçiriləcək lotoreyada hədiyyə qazanmayan abunəçilər növbəti tirajda iştirak edəcəklər. Aksiyanın keçirilmə qaydalarına uyğun olaraq, artıq rəqəmsal yayımı izləyən abunəçilər və bu xidmətə qoşulan yeni abunəçilərin rəqəmsal dəstində olan Smart card-ın unikal nömrəsinin son 5 rəqəmi lotoreya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur.

Lotoreya çərçivəsində ilk tiraj 2011-ci ilin 20 dekabr tarixində keçirilib. Həmin tirajda 10 nəfər abonent LCD televizor qazanıb. Lotoreya hər bir abunəçi qalib olanadək davam edəcək.

Qeyd edək ki, Ailə TV "Ailə-yə qoşul LCD TV qazan" lotoreyası ilə yanaşı, "Dost Gətir", "5 ay ödə 1 ay pulsuz izlə", "Pulsuz rəqəmsal qəbuledici qazan" kimi həvəsləndirici aksiyalar da həyata keçirir və bu aksiyalar bu gün də davam edir.

Ailə TV öz siyasətinə sadiq qalaraq bütün abunəçilərinin tele və radio yayımdan güzəştli əsaslarla faydalanması üçün daima müxtəlif həvəsləndirici kampaniyalar keçirir və bu kampaniyalar gələcəkdə də davam edəcək.

Xəbər lenti

Xəbər lenti