...

Azərbaycanda lotereyaların təşkili ilə bağlı elektron xidmət tətbiq edilib

Telekommunikasiya Materials 1 May 2012 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) öz internet səhifəsi vasitəsilə stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi məsələsi üzrə elektron müraciət xidmətini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin birinci rübdəki işlərin nəticələri üzrə yaydığı hesabatda deyilir.

QKDK 2012-2013-cü illər üzrə elektron xidmətlərin göstərilməsinə dair Tədbirlər Planını təsdiq edib.

İşlər Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı əsasında aparılır.

Xəbər lenti

Xəbər lenti