...

Nar Mobile-dan cəmi 4 qəpiyə taksi xidməti

Telekommunikasiya Materials 4 May 2012 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycanın ilk 3G operatoru olan "Nar Mobile" abunəçiləri üçün möhtəşəm aksiya keçirir. Belə ki, şirkət 7-16 may tarixləri ərasında abunəçilərinə, üzərində "Nar Mobile" yazısı və loqosu olan taksilərə cəmi 4 qəpik ödəməklə bir istiqamətdə taksi xidmətindən istifadə etməyə imkan yaradır.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, bu xidmətdən paytaxt sakinləri, həmçinin "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində ölkəmizə buyuran turistlər yararlana biləcəklər.

"Hər zaman öz yenilikləri ilə fərqlənən "Nar Mobile", bu gün yenidən öz abunəçilərini sevindirir. Bu cür ucuz qiymətə taksi xidməti ilk dəfədir ki ölkəmizdə təqdim olunur. Abunəçilərimiz üzərində "Nar Mobile" loqosu olan taksilərə əyləşərək bir istiqamətdə cəmi 4 qəpik ödəyəcəklər. Ümid edirəm ki, bu yeniliyimiz hamının ürəyincə olacaq. Göründüyü kimi, "Nar Mobile" artıq sərfəli paket qiymətlərini digər xidmət növlərinə müddətli olaraq şamil etməklə öz abunəçilərinin qayğısına qalır", - "Azerfon" şirkətinin biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

Qeyd edək ki, mayın 5-də saat 17:00-da Azərbaycan kinoteatrının qarşısında təqdimat mərasimi baş tutacaq. Mərasimdə "Nar Mobile" tərəfindən yarışmalar keçiriləcək və hədiyyələr paylanacaq. Bundan əlavə, DJ-lər və məşhur şoumenlərin iştirakı ilə keçirilən tədbirdə maraqlı sürprizlər təşkil olunacaq.

"Nar Mobile" brendi ilə tanınan "Azerfon" telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti