Azərbaycan, Bakı, 15 may /Trend, müxbir H.Vəliyev /
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Monitorinqi Xidməti üçün İT xidmətlərin göstərilməsi üzrə tender elan edib. Bu barədə Tender Komissiyasının çərşənbə axşamı rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.
Tenderdə iştirakın dəyəri 150 manat təşkil edir. İştirakçıların təklifləri 2 iyul saat 18:00-dək Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında qəbul ediləcək. Tender təkliflərinin açılışı 3 iyul saat 11:00-da keçiriləcək.
Əlavə məlumat almaq üçün 598-20-56 (daxili - 220) nömrəsi vasitəsilə müraciət etmək olar. Əlaqələndirici şəxs: Məmmədyar Novruzov.