Azərbaycan, Bakı, 31 avqust /Trend/
Azərbaycanın ilk rəqəmsal kabel operator televiziyası olan Ailə TV "Ailə-yə qoşul - LCD TV qazan" adlı lotereyaya strat verir.
Kabel televiziyasından cümə günü Trend-ə verilən məlumata görə, lotereya sentyabr ayının 1-dən etibarən start götürür və 20 dekabr 2012-ci il tarixinə qədər davam edəcək. Lotereyada Ailə TV-nin rəqəmsal və HD yayım abunəçiləri, lotereyanın keçirildiyi dövrdə rəqəmsal yayıma qoşulmuş, eyni zamanda, rəqəmsal yayımı CAM modul üzərindən izləyən abunəçilər iştirak etmək hüququ qazanırlar.
Lotereyanın keçirilmə şərtlərinə əsasən, abunəçinin mənzilindəki rəqəmsal qəbuledicinin daxilində Smart Card-ın unikal seriya nömrəsinin son 5 rəqəmi abunəçinin lotereyada iştirak biletinə bərabər məlumat daşıyıcısı hesab olunur. Ötən illərdə olduğu kimi, bu il də 20 dekabr tarixində keçiriləcək tirajda qalib gələcək 10 abunəçi 10 ədəd LCD televizor əldə edəcək. Lotereya Ailə TV İnfo kanalı vasitəsilə yayımlanacaq. Qaydalara əsasən, builki tirajda qalib gəlməyən abunəçilər növbəti tirajda iştirak etmək hüququ qazanacaqlar. "Ailə-yə qoşul - LCD TV qazan" adlı lotereya hər bir rəqəmsal yayım abunəçisi qalib olanadək davam edəcək.
"Ailə yə qoşul - LCD TV qazan" adlı lotereya ilə yanaşı, kabel televiziyası "Dost Gətir", "5 ay ödə 1 ay pulsuz izlə", "Rəqəmsal qəbuledicini pulsuz qazan", "Tələbələr üçün yeni iş fürsəti" kimi aksiyalar da həyata keçirir. Həyata keçirilən bütün həvəsləndirici aksiyalar qeyri-müəyyən müddətə qədər davam edir. Mütəmadi olaraq müxtəlif həvəsləndirici kampaniyalar keçirən şirkət bildirir ki, əhalinin güzəştli əsaslarla rəqəmsal və HD yayımdan istifadə edə bilməsi üçün bu kampaniyalar gələcəkdə də davam etdiriləcək.
Qeyd edək ki, Ailə TV fiber-optik texnologiya bazasında əhaliyə analoq, rəqəmsal və HD yayım təqdim edir və hazırda şirkətin əhatə dairəsi Bakı və Gəncə şəhərlərini əhatə edir.