...

"Azercell" yenidən nüfuzlu beynəlxalq mükafatın sahibi olub

Telekommunikasiya Materials 3 Sentyabr 2012 12:56 (UTC +04:00)
Azercell Telekom MMC şirkətinin aldığı beynəlxalq mükafatların sayı artır.
"Azercell" yenidən nüfuzlu beynəlxalq mükafatın sahibi olub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azercell Telekom MMC şirkətinin aldığı beynəlxalq mükafatların sayı artır. Azərbaycanın ən qabaqcıl telekommunikasiya şirkəti artıq ikinci dəfədir ki, nüfuzlu Beynəlxalq Biznes Mükafatı (İnternational Business Awards - Stevie) mükafatına layiq görülür. Bu dəfə Azercell Azərbaycanda reallaşdırılan maraqlı və önəmli sosial məsuliyyət layihəsi olan "Karbon kalkulyatoru"na görə Bürünc mükafat qazanıb.

"İnternational Business Awards 2012" müsabiqəsinə ümumilikdə 50 ölkədən müxtəlif şirkət və fərdi şəxslərdən 3200 müraciət daxil olub. Bu cür gərgin rəqabət şəraitində iki ay ərzində aparılan müzakirələr əsnasında ilkin qaliblər seçilib. Yekun seçim mərhələsində Azercell iki nominasiya üzrə "Stevie" mükafatının laureatı elan olunub. Şirkətin 2012-ci il "Yeni nəslin Karbon Kalkulyatoru" nominasiyası "İlin ictimaiyyətlə əlaqələr departamenti" və "İlin kreativ heyəti" kateqoriyaları üzrə "Stevie" mükafatı qazanıb.

Azercell-in Karbon Kalkulyatoru layihəsi qlobal iqlim dəyişikliyinin qarşısını almağa yönələn təşəbbüslərdən biridir. Kalkulyator gündəlik həyatda atmosferə ifraz olunan karbon qazının miqdarını hesablayıb, ətraf mühitə hansı dərəcədə təsir göstərdiyinizi aydın şəkildə görməyə və izləməyə imkan verir.

Azercell-in saytında yer alan bu layihənin köməyilə hər bir şəxs qlobal iqlim dəyişikliyinə öz təsirini azaltmaq, ətraf mühitə qarşı zərərsiz tərzdə davranmaq üçün müxtəlif tövsiyyələr tapa bilər.
"Stivie" yalnız dünya miqyasında əhəmiyyətli iş görən şirkətlərə təqdim olunur. Müsabiqənin məqsədi müxtəlif ölkələrdə uğur qazanmış şirkətlərin tanıdılması, onların fəaliyyətinin qiymətləndirilməsidir. 2002-ci ildən etibarən 60-dan çox ölkənin şirkətləri və fərdi şəxsləri "İnternational Business Awards" müsabiqəsində qalib olub. Bu il müsabiqənin 10 illiyi münasibətilə Gümüş və Bürünc "Stevie" mükafatları da təqdim olunub.

Sevindirici haldır ki, məhz Azercell şirkəti ilk dəfə olaraq Bürünc "Stevie" qazananlar sırasındadır.

Xəbər lenti

Xəbər lenti