...

Azercell "Baku TechTalks" layihəsinə dəstək oldu

Telekommunikasiya Materials 10 Sentyabr 2012 16:57 (UTC +04:00)
"Azercell Telekom" Azərbaycanda daha bir yeni layihəyə dəstək olur. Şirkət Barama İnnovasiya Mərkəzi və "Baku Google Developers Group" tərəfindən mobil proqramçıların təcrübə mübadiləsinə istiqamətlənmiş "Baku TechTalks" layihəsinin icrasına dəstək olub.
Azercell "Baku TechTalks" layihəsinə dəstək oldu

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

"Azercell Telekom" Azərbaycanda daha bir yeni layihəyə dəstək olur. Şirkət Barama İnnovasiya Mərkəzi və "Baku Google Developers Group" tərəfindən mobil proqramçıların təcrübə mübadiləsinə istiqamətlənmiş "Baku TechTalks" layihəsinin icrasına dəstək olub.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Baku TechTalks" proqramının əsas məqsədi informasiya texnologiyaları sahəsində maraqlı və faydalı məlumatların gənclərə çatdırılmasıdır. Məlumat üçün bildirək ki, layihə çərçivəsində ilk tədbirlər avqustun 4-ü və sentyabrın 2-də "Mobile App Talks" və "Startup Talks" mövzularındada keçirilb. Sözügedən tədbirlərdə biznes, informasiya və kommunaksiya texnologiyaları sahəsinin mütəxəssisləri təqdimatla çıxış ediblər.

Növbəti tədbir isə həftəsonu sentyabrın 9-da baş tutub. Bu dəfə layihə iştirakçıları "Web Talks" mövzusunda müzakirələr aparıblar. Bu sahə üzrə çalışan tanınmış mütəxəssislər və "Azercell" şirkətinin İKT departamentinin əməkdaşları yeni texnologiyalara dair təcrübələrini gənc proqramçılarla paylaşıblar. Tədbirdə proqramçı Adil Əliyev HTTP, webserver, CGI mövzuları əsasında təqdimatla çıxış edib. Bundan əlavə, "Ruby" (ROR) proqramlaşdırma dili haqqında proqramçı Elvin Əfəndiyev və "Cloud" texnologiyaları haqqında Turan Rüstəmli öz fikirlərini paylaşıblar.

Tədbir zamanı Azərbaycanda "Cloud" texnologiyalarının tətbiq sahələri haqqında maraqlı fikirlər səsləndirilib.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçiləri Mobiz.az, "InfoCity" jurnalı və "Target Magazine" onlayn jurnalıdır.

Xəbər lenti

Xəbər lenti