...

Azərbaycan peykinin buraxılışı üçün raketdaşıyıcıya yanacaq doldurulmasına başlanılır

Telekommunikasiya Materials 22 Yanvar 2013 12:25 (UTC +04:00)
Kuru kosmodromunda (Qviana Kosmik Mərkəzi) Ariane 5 ECA rakerdaşıyıcısına yanacaq doldurulmasına həftənin sonunadək başlanacaq.
Azərbaycan peykinin buraxılışı üçün raketdaşıyıcıya yanacaq doldurulmasına başlanılır

Azərbaycan, Bakı, 22 yanvar / Trend, müxbir H.Vəliyev/

Kuru kosmodromunda (Qviana Kosmik Mərkəzi) Ariane 5 ECA rakerdaşıyıcısına yanacaq doldurulmasına həftənin sonunadək başlanacaq. Trend-in məlumatına görə, bu barədə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Ariane 5 ECA raketdaşıyıcısının bazasında orbitə buraxılacaq Azərbaycanın Azerspace/Africasat-1 peyki artıq Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşən Kuru kosmodromuna aparılıb. Peykin buraxılışı fevralın 7-nə nəzərdə tutulub.

Habelə, Nəbiyevin sözlərinə görə, gələn həftənin ortalarınadək əsas Peyk İdarəetmə Mərkəzi tam texniki hazırlıq vəziyyətinə gətiriləcək.

Mərkəz Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində yerləşir.

Bu istiqamətdə ASC-nin həyata keçirdiyi işlər çərçivəsində habelə Naxçıvan Muxtar Respublikasında (Culfa rayonunun Nəhəcir kəndi) yerləşən ehtiyat Reyk İdarəetmə Mərkəzinin tikinti-quraşdırma işləri də başa çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti