...

Yüksək Texnologiyalar Parkına direktor təyin edildi

Telekommunikasiya Materials 22 Aprel 2013 17:42 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri Seymur Ağayev Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə təyin edilib.
Yüksək Texnologiyalar Parkına direktor təyin edildi

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri Seymur Ağayev Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə təyin edilib. Bu barədə bazar ertəsi Trend-ə nazirlikdən bildiriblər.

Nazirliyin məlumatına görə, yaxın vaxtlarda Yüksək Texnologiyalar Parkının kadr heyətinin formalaşdırılması üzrə işlərə start veriləcək.

Hazırda Yüksək Texnologiyalar Parkının tikinitisinə ayrılacaq torpaq sahəsi ilə bağlı məsələlərin həlli üzrə işlər aparılır. Plana əsasən, parkın tikintisi cari ili sonunadək başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti