Azərbaycan, Bakı, 2 may /Trend, müxbir H. Vəliyev/
Azərbaycanın rayonlarında iyunun əvvəlindən etibarən "ASAN Xidmət" mərkəzinin səyyar xidmətləri təşkil ediləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "Asan Xidmət"-in sədri İnam Kərimov bildirib.
Onun sözlərinə görə, xidmətlər yeni avtobuslardan istifadə olunmaqla göstəriləcək. Vətəndaşlar doqquz dövlət qurumunun 25 növ xidmətindən, həmçinin 22 növ funksional xidmətdən istifadə edə biləcəklər.
"ASAN Xidmət" mərkəzi fəaliyyətə başladığı müddətdən etibarən 70 mindən artıq insan xidmətdən yararlanıb", - Kərimov bildirib.