...

Azərbaycanın dövlət orqanları elektron xidmətlərin tətbiqini genişləndiriblər

Telekommunikasiya Materials 11 İyun 2013 12:15 (UTC +04:00)
“Elektron hökumət” portalına Azərbaycanın 40 İcraedici orqanı qoşulub.
Azərbaycanın dövlət orqanları elektron xidmətlərin tətbiqini genişləndiriblər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir H.Vəliyev/

"Elektron hökumət" portalına Azərbaycanın 40 mərkəzi icraedici orqanı qoşulub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Vəlizadənin sözlərinə görə, hazırda Azərbaycanda bu dövlət orqanları tərəfindən təxminən 220 elektron xidmət göstərilir: " Hər il portala olan müraciətlərin miqdarı, həmçinin elektron-rəqəmsal imza sahiblərinin sayı artır ki, bu da portalın və elektron xidmətlərin əhali arasında populyarlığından xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti