Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın aşağıorbitli peykinin buraxılması üzrə layihənin hazırlanması işləri artıq yekunlaşıb.
Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib:
"Yaxın vaxtlarda Azərbaycanda aşağıorbitli peykin hazırlanması ilə bağlı yeni tenderin elan ediləcəyi planlaşdırılır".
Xatırladaq ki, daha əvvəl ilk tenderin nəticələri ləğv edilmişdi.
"Azərkosmos" ASC-dən Trend-ə verilən məlumata görə, tenderin ləğv olunmasına səbəb peykin müəyyənləşdirilən texniki parametrlərinin yüksək olmasıdır.
ASC-nin planına əsasən, Yer səthinin zondla tədqiqatı üzrə peykin 2015-ci ildə buraxılması nəzərdə tutulub.