...

Azərbaycan təhsil sistemində "bulud" texnologiyalarını tətbiq edir

Telekommunikasiya Materials 1 Oktyabr 2013 12:24 (UTC +04:00)
Bakıda “Microsoft Azərbaycan” şirkətinin təşkilatçılığı ilə “Bulud üzərində Təhsil” mövzusunda seminar keçirilib.
Azərbaycan təhsil sistemində "bulud" texnologiyalarını tətbiq edir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bakıda "Microsoft Azərbaycan" şirkətinin təşkilatçılığı ilə "Bulud üzərində Təhsil" mövzusunda seminar keçirilib.

Şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir ki, tədbirdə Azərbaycanın ali və orta təhsil müəssisələrinin nümayəndələri, şagird və tələbələr, həmçinin "Microsoft Azərbaycan" şirkətinin yerli tərəfdaşları iştirak ediblər.

Seminarda çıxış edən "Microsoft Azərbaycan" şirkətinin "Təhsildə Əməkdaşlıq" Proqramının rəhbəri Emin Axundov tədbir iştirakçılarına "bulud" texnoligiyalarının İT sahəsinin inkişafında əsas alətlərdən biri olduğunu diqqətə çatdırıb və bildirib ki, hazırda bu texnologiyalar təhsil sisteminə öz müsbət təsirini göstərir: "Biz "Microsoft Azərbaycan" şirkəti olaraq ölkənin müasir təhsil sisteminə böyük önəm veririk və keçirdiyimiz seminarın əsas məqsədi gələcəyin təhsili haqqında baxışlarımızı tədbir iştirakçılarına çatdırmaq və "Microsoft"un təhsilə uyğunlaşdırmış ən yaxşı praktiki həllərini nümayiş etdirməkdir".

E.Axundov əlavə edib ki, artıq Azərbaycanda bir çox sahələrdə "bulud" texnologiyaları tətbiq olunur və "Microsoft Azərbaycan" şirkəti sözügüdən texnologiyaları təhsil sisteminə yönəltmək niyyətindədir. Belə ki, bu texnologiyalar ölkədə fərdiləşmiş tədrisin yardımına gələ bilər: "Zaman keçdikcə, insanların iş, tədris və yaşam tərzi dəyişir. Müasir iqtisadi və sosial şəraiti nəzərə alaraq, bir çox ölkələr gələcəkdə keyfiyyətli təhsil sisteminə ümid bəsləyirlər. Biz gələcəyin təhsil sistemini fərdiləşdirmiş tədrisin hər zaman və hər yerdə olmasında görürük".

Tədbir zamanı "bulud" həlləri ilə yanaşı "Microsoft Virtual Academy" və "Microsoft IT Academy" proqramları haqqında da məlumat verilib və qeyd olunub ki, "bulud" texnologiyaları əsasında yaradılan bu proqramlar hər bir tələbəyə online rejimdə, internet vasitəsilə əlavə təlimlər keçməyə və imtahan verərək sənayə sertifikatlarını almağa imkan yaradır. Bundan başqa, seminarda "Microsoft"un yeni "Office" proqramlar dəsti və bu dəstin təhsildə geniş istifadə etmək imkanlarına toxunulub və bildirilib ki, yeni "Office" vasitəsilə "müəllim-tələbə" qarşılıqlı əlaqəni daha da yaxşılaşdırır.

"Microsoft" haqqında

1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə ƏS-ləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azərbaycan" şirkətinin başlıca vəzifəsi elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti