Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir H. Vəliyev/
"Microsoft" korporasiyası "Windows 8" əməliyyat sisteminin yenilənmiş versiyası olan "Windows 8.1"i istifadəyə verib. Yeni əməliyyat sistemi geniş qurğular spektri üçün unikal və şəxsi təcrübəni özündə əks etdirir. Bu barədə "Microsoft Azerbaijan" şirkətindən Trend-ə daxil olan məlumatda bildirilir.
Oktyabrın 17-dən etibarən 230-dan artıq bazarda və 37 dildə olan "Windows 8" istifadəçiləri "Windows Store"dan online qaydada təmənnasız olaraq yenilənmiş əməliyyat sistemini yükləyə bilərlər. Oktyabrın 18-dən isə yenilənmiş əməliyyat sistemi bütün dünya üzrə pərakəndə ticarət obyektlərində realizə olunan yeni qurğulara quraşdırılacaq.
"Windows 8.1" yüksək personallaşdırılmış istifadə baxımından "Windows" görüntüsünü inkişaf etdirir və eyni zamanda, "Microsoft"un sürətli və qayğıkeş inkişafa dəyişməz sədaqətini nümayiş etdirir. Sözügedən yenilənmə istifadəçilər üçün yeni innovativ qurğuların yaranmasını təcəssüm edir. Bu qurğuların əksəriyyəti sensor ekranlıdır və müxtəlif qiymət kateqoriyalarında hesablama gücünü, xüsusi dizayn və enerjisaxlama qabiliyyətini nümayiş etdirəcək.
"Windows 8.1" bir çox kökləmə və funksional təkmilləşmələr təklif edir, o cümlədən:
• Yüksək personallıq. Təkmilləşdirilmiş və daha çox özəlləşdiriləbilən ekran hər bir istifadəçiyə öz "Windows" cihazında unikal görünüş yaratmaq imkanı təqdim edir. Bundan başqa, istifadəçilər hansı ekrandan başlayacaqlarını seçə bilərlər - "Start" menyusundan və ya kompüter ekranının ana səhifəsindən - bu halda "Microsoft" akkauntundan istifadə edilən bütün "Windows" cihazlarında sinxronlanlaşdırma prosesi gedir.
• Daha asan yönlənmə. "Windows 8.1" naviqasiyanın əsas nöqtəsi kimi "Start" düyməsini qaytarır. Proqramların yenilənmiş görünüşü istifadəçilərin işini asanlaşdırır və tezləşdirir. Həmçinin, proqramdan istifadə qaydaları və məsləhətlərinə keçid də asanlaşıb.
• Təkmilləşdirilmiş axtarış. Yeni "Bing Smart Search" istifadəçinin istəyi ilə həm cihazda, həm də İnternetdə axtarışlar üçün ən asan yolu təmin edir. Sadəcə ana səhifədə axtarışınızı çap edirəsiniz və "Smart Search" sizə lazım olan informasiyanı və ya faylları asanlıqla tapır.
• "Start" düyməsində geniş əlavələr və xidmət seçimi. Yenilənmiş "Windows" istifadəçilərə onların sevdiyi əməliyyatları asanlıqla yerinə yetirmək imkanını yaradır. Məsələn, dostal və ailə ilə "Skype" vasitəsi ilə əlaqə qurmaq, elektron məktublara "Mail" proqramı vasitəsi ilə rahat keçid, kino və teleşouları "Xbox Video" vasitəsi ilə izləmək, "Bing Food & Drink" kimi proqramlarda yeni reseptlər tapmaq, "Xbox Music" ilə musiqi dinləmək. "Windows 8.1"ə yeni və daha sürətli "Internet Explorer 11", seçilmiş səhifələrin və axtarış tarixinin sinxronizasiya imkanı kimi yeniliklər əlavə olunub. Proqram təchizatı həmçinin, 3D printerlərində çap imkanını və bu tip faylların oxunuşunu özündə cəmləşdirir.
• Bir çox funksiyanı eyni vaxtda həyata keçirmək imkanı. "Windows 8.1" eyni anda dörd proqram və ana səihfənin yan-yana istifadə edilməsi imkanını yaradır. Ekranda hər bir proqramın ölçüsünü asanlıqla dəyişmək mümkündür. Həmçinin, bir proqram vasitəsi ilə digərini işə salmaq və "Windows Store" panelini hər bir ekranda görmək imkanı da mövcuddur.
• "SkyDrive" bulud sistemi ilə intensiv inteqrasiya. "Windows 8.1" hər hansı bir "Microsoft" cihazında fayllarla işləmək prosesini asanlaşdırıb. İstifadəçi hər hansı fayllar yarada, habelə onları redaktə etmək, qeyd etmək və paylaşmaq kimi funksiyalardan istifadə edə bilər.
• "Windows Store"un yenilənmiş dizaynı. "Windows Store" proqramının yeni dizaynı onun istifadəsini və proqram seçimini asanlaşdırır. Yeni sxemlər və kateqoriyalar, məsələn, "New & Rising", yeniliklərdən hər zaman xəbərdar olmaq imkanı yaradır. "Bing" axtarışları əsnasında istifadəçi üçün ən maraqlı proqramlar seçilir və ona təqdim olunur. "Windows 8.1" bütün proqramların avtomatik yenilənməsini nəzərdə tutur, bu yenilik vasitəsilə istifadəçilər proqramların ən son və ən yaxşı versiyalarından yararlanır. Məsələn, "Fresh Paint" proqramına yeni sulu boya və qrafit qələmlər toplusu əlavə olunub.
"Windows 8.1" barədə daha ətraflı məlumat: http://blogs.windows.com və http://www.microsoft.com/en-us/news.
"Microsoft" haqqında:
1975-ci ildə təsis edilmiş Microsoft korporasiyası proqram təminatı istehsalında dünya lideridir. Microsoft korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. Microsoft korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir .