...

Azərbaycanda Biznes İnkubasiya Mərkəzinin iştirakçılarının sayı açıqlanıb

Telekommunikasiya Materials 19 Fevral 2014 16:15 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində təqdim olunan "startap" layihələrin sayı 20-yə çatıb. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.
Azərbaycanda Biznes İnkubasiya Mərkəzinin iştirakçılarının sayı açıqlanıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində təqdim olunan "startap" layihələrin sayı 20-yə çatıb. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

RİTN-in məlumatına görə, təqdim edilən bütün layihələr dövlət səviyyəsində dəstəklənəcək.

"Startap"ların müəllifləri üçün onların ideyalarının və layihələrin innovasiya yönümlülüyünün təkmilləşdirilməsi məqsədilə lazımi şərait yaradılıb.

Nazirlik riskli, lakin perspektivli layihələrin və xırda və yeni şirkətlərin elmi-texniki tədqiqatlarının vençur maliyyələşməsinin canlandırılacağını proqnozlaşdırır.

Biznes İnkubasiya Mərkəzində qeydiyyat formasından Picampus.az səhifəsində istifadə etmək mümkündür.

Layihələrin seçimi Mərkəzin iştirakçılarının seçim meyarlarına uyğun həyata keçirilir. İnkubasiya Mərkəzinin üstünlüklərindən istifadə edərək iddiaçılar İKT sahəsində sahibkarlıq mühitinin formalaşması, eləcə də innovasiya ideyalarının inkişafı prosesini sürətləndirə biləcəklər.

Ümumi sahəsi təqribən 2 min kvadratmetr olacaq yeni İnkubasiya Mərkəzi Bakıda "AF Business House"un üçüncü mərtəbəsində yerləşəcək.

Biznes İnkubasiya Mərkəzində həm inkubasiya, həm də Yüksək Texnologiyalar Parkının Baş İdarəsi yerləşəcək. Mərkəzin fəaliyyəti iki prinsipə əsaslanacaq. "Open office" adlanan birinci prinsip hər kəsə ayrı-ayrılıqda bir konkret layihə üzərində işləməyə imkan verəcək. İkinci - "shared office"də beşə qədər şirkət yerləşə bilər. Hər bir şirkət komanda şəklində layihə üzərində işləyə bilər. Mərkəzin iştirakçıları kompüter və internetə çıxışla təmin olunacaqlar.

Yüksək Texnologiyalar Parkının inşası Bakının Pirallahı rayonunda nəzərdə tutulub. Parkın tikintisi üçün 50 hektar torpaq sahəsi ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti