...

Azərbaycanın Yüksək Texnologiyalar Parkı Avropada ən nüfuzlu texnoparklardan biri ilə saziş imzalayıb

Telekommunikasiya Materials 28 Mart 2014 16:42 (UTC +04:00)
Azərbaycanın Yüksək Texnologiyalar Parkının beynəlxalq əlaqələri genişlənir
Azərbaycanın Yüksək Texnologiyalar Parkı Avropada ən nüfuzlu texnoparklardan biri ilə saziş imzalayıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/

Fransanın Nitsa şəhərində Azərbaycanın Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC və Avropada ən qədim və nüfuzlu texnoparklardan sayılan "Sofiya Antipolis" Texnoparkı arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq müəyyən edilib, xüsusilə, məlumat bazalarının mübadiləsi və informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji və "klaster dəstəyi" adlandırılan kiçik və orta həcmli müəssisələrə göstərilən xidmətlərin inkişafı məqsədilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması qərara alınıb.

Həmçinin gələcəkdə bu kimi sazişlərin digər texnoparklarla da imzalanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti