...

Azərbaycanda 50-dən çox qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub

Telekommunikasiya Materials 3 Aprel 2014 13:30 (UTC +04:00)
2014-cü ilin yanvar-mart aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin Efir nəzarəti şöbəsi tərəfindən 53 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub.
Azərbaycanda 50-dən çox qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin yanvar-mart aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin Efir nəzarəti şöbəsi tərəfindən 53 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DRİ-nin məlumatında deyilir.

Ötən dövr ərzində Dövlət Radiotezliklər İdarəsi tərəfindən 174 müəssisə və təşkilata texniki baxış keçirilib.

Aşkar olunan qeydiyyatdan keçməmiş radioelektron vasitələrin ümumi sayından 10 ədədi möhürlənib, qalan 43 vasitə üzrə qeydiyyat prosesi həyata keçirilir.

Radioelektron vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən 6 protokol tərtib edilib və müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti