...

Azərbaycanda rəqəmsal radioyayımın başlanma tarixi açıqlanıb

Telekommunikasiya Materials 10 İyun 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir H. Vəliyev/

Azərbaycanda rəqəmsal radioyayım 2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçiriləcəyi dövrdə tətbiq edilə bilər. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, Bakıda ilk rəqəmsal radioyayım "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi dövründə işə salınıb.

Qeyd edək ki, rəqəmsal radioyayımın üstünlüyü yüksək keyfiyytli səs, radiotezlik spektrin daha səmərəli istifadə olunması və s.-dir. Bu radioyayım standartının Azərbaycanda geniş yayılmamasının səbəbi son istifadəçilərdə mövcud standartı dəstəkləyən radioqəbuledici qurğuların az sayda olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti