...

Azərbaycan yeni peyk üçün orbital mövqe ilə bağlı planları açıqladı

Telekommunikasiya Materials 3 Sentyabr 2014 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azerspace-2" - II telekommunikasiya peyki üçün orbital mövqeni icarəyə götürmək niyyətindədir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, aşağı orbitli peyk 2017-ci ildə orbitə çıxarılacaq: "Azərbaycana məxsus orbital mövqelərin koordinasiyası məsələsində problem olduğuna görə xarici ölkələrin orbital mövqeyini uzunmüddətli icarəyə götürmək haqqında qərar qəbul olunub".

"Azerspace-2" aşağı orbitli peykinin tikintisi ilə bağlı tenderin qalibi yaxın vaxtlarda elan ediləcək. Peykin tikintisinə 30 ay vaxt ayrılıb. Tenderdə 6 şirkət iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti